Birləşmiş
Ştatların İraqdakı hərbçiləri bildirirlər ki, cümə günü koalisiya qüvvələri
ölkənin müxtəlif bögələrində həyata keçirdikləri reydləri nəticəsində Əl-Qaidanin
üzvü 25 şübhəlini həbs edib. Bu gün hərbçilərin açıqladığı bəyanatda deyilir
ki, tutulanlardan ikisinin maşına
yerləşdirilmiş bomba hücumunda iştirakından şübhələnilir. Həbs olanlardan biri
isə militant qrupa bomba istehsal etmək yollarını öyrədirdi. Mosulda hərbi
qüvvələr Əl-Qaidanın İraqdakı şəbəkələrinə hücumlarını davam etdirdikləri
bildirilir.