Ərdəbilli tələbə Əsgər Əkbərzadə hələ də həbsdədir. Əvvəllər də siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs edilmiş Ə.Əkbərzadənin ailəsinin axtarışları haqqında məlumat vermişdik. İran Azərbaycanlı fəal Vahid Qarabağlının redaksiyamıza verdiyi məlumata görə o, ailəsi ilə telefon əlaqəsi saxlasa da, danışmağa gücü çatmayıb və təhlükəsizlik nümayəndələri Amerikanın səsi və başqa radio stansiyalara müsahibə verdiklərinə görə, onun ailəsini hədələyib. Bulud Mehmandarlının məsələ barədə Vahid Qarabağlı ilə müsahibəsini təqdim edirik. Səsli faylı yükləyin.