Accessibility links

Səudiyyə Ərəbistanında neft sammiti öz işinə başlayıb


Səudiyyə Ərəbistanı kralı Abdulla neft qiymətlərinin artmasına onun ölkəsinə qarşı ittihamları rədd etsə də, Ər-Riyadın istehlakçıların enerji tələbatına cavab vermək istədyini deyib. Səudiyyə lideri bildirib ki, artan neft qiymətlərinin səbəbi şayiələr və vergilərdir. Kral Abdulla bu şərhləri bu gün Ciddədə neft sammitinin açılışında verib. Dünyanın başlıca yanacaq istehsalçıları və istehlakçıları danışıqlarda iştirak edir. Səudiyyə kralı yoxsul ölkələrin yüksək yanacaq qiymətlərinin öhdəsindən gəlməsi üçün enerji təşəbbüsü yaradılmasını təklif edib. Kralın sözlərinə görə, o, neft ixrac edən ölkələrin təşkilatı olan OPEK-ə 1 milyard dollar pul ayırıb, 500 milyon dollarlıq az faizli kreditlə təmin edərdi. Səudiyyə Ərəbistanının neft istehsalını iyul ayında bir günə 200 min barelə qaldırmaq planını sammitdə rəsmən bəyan edəcəyi gözlənilir.

XS
SM
MD
LG