Əfqanıstanda
NATO rəsmilərinin
sözlərinə görə, Pakistandan Əfqanıstan ərazisinə atılan bir neçə raket ən azı 4
nəfərin ölümünə səbəb olub. Rəsmilər deyir ki, raketlər NATO-nun Hostdakı 2
bazasına atılıb. Raketlərdən biri yaşayış evinə düşərək bir qadın və 3 uşağın
həyatına son qoyub. Pakistanın ordu sözçüsü Athar Abbas Əl-Cəzirə telekanalına
bildirib ki, hərbçilər sərhəddəki yaraqlıları hədəfə alıbmışlar. İnsident Pakistan ABŞ-ın başçılıq etdiyi
Əfqanıstandakı qüvvələrini 11 pakistanlı əsgərin ölümünə səbəb olmuş hava
hücumunda ittiham etməsindən bir həftə sonra baş verir.