Accessibility links

Cənubi Afrika Həmkarlar İttifaqının Konqresi Zimbabve hökumətinin təcridinə çağırır


Cənubi Afrika Həmkarlar İttifaqının Konqresi bütün dünya fəhlələrinə müraciət edərək, onları Zimbabve prezidenti Robert Muqabeni və onun hökumətini təcrid etməyə çağırıb. Bugünkü bəyanatında Konqres müxalifət lideri Morqan Tsvangirayın səsvermədən çıxmaq qərarına dəstəyini izhar edib. Qurum cümə günü müxalifətsiz keçiriləcək seçkiləri “Zimbabve xalqına qarşı müharibə” adandırıb. Dünən BMT Təhlükəsizlik Şurası Zimbabvedə müxalifətə qarşı zorakılıq və intimidasiya kampaniyasını pisləyərək, bu şəraitdə azad və ədalətli seçkilərin keçiriliməsini qeyri-mümkün hesab edib.

XS
SM
MD
LG