Accessibility links

İran yeni sanksiyaların Tehranın nüvə proqramına təsiri olmayacağını deyib


İran Avropa İttifaqının yeni sanksiyalarının Tehranın nüvə proqramına təsiri olmayacağını bildirir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Nüseyni bu bəyanatla 27 üzvlük blokun İrana qarşı sanksiyaların təsdiqindən sonra bu gün çıxış edib.

Dünən Lüksemburqda toplaşan Avropa İttifaqı rəsmiləri İranın Milli Bankındakı bütün hesablarının dondurulması qərarına gəlib. Bundan əlavə, İranın nüvə proqramında iştirak edən şəxslərin Avropaya səfər etməsi də yasaqlanacaq. Avropa İttifaqının Xarici Əlaqələr şöbəsinin rəhbəri Xaviyer Solana keçən ay Tehrana səfər edərək, uranın zənginləşdirilməsinin dayandırıldığı təqdirdə İrana həvəsləndirici sanksiyalar paketi təklif etmişdi.

XS
SM
MD
LG