Azərbaycan rəsmilərinin sözlərinə görə, ölkə Sovet dövründən qalan raket yanacağını məhv edib. Azərbaycan Elmlər Akademiyasının prezidenti deyib ki, NATO proqramı çərçivəsində 1300 ton milanj dağıdılıb. Proqrama dair keçirilən mərasimdə iştirak edən NATO baş katibinin yardımçısı Jan Françis Büro bu addımın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yanacağın zəhərliliyi yüksək olduğundan o, ətraf mühit üçün təhlükəlidir. NATO rəsmisi deyib ki, Azərbaycanda əldə olunan təcrübədən başqa ölkələrdə də istifadə olunacaq.