“Human
Rights
Watch” beynəlxalq
insan haqları təşkilatı Rusiya hökumətini
ölkənin cənub respublikası olan İnquşetiyada yaraqlılar qarşı yürütdüyü
amansız siyasəti
dəyişməyə çağırıb. Baş qərargahı Nyu-Yorkda yerləşən təşkilatın hesabatında
deyilir ki, zorakılıqların baş veriyi Çeçenistan respublikası sərhədlərinə
yaxın ərazidə əsassız həbslər, işgəncələr və oğurluqlar barədə sübutlar əldə
olunub. Qrupun bildirdiyinə görə, yaraqlılara qarşı Rusiyanın çirkli müharibə
adlanan taktikası daha çox regionda və ətraf ərazilərdə stabilliyin pozulmasına
xidmət edir.