Əfqanıstanda
bomba hücumu nəticəsində koalisiya qüvvələri itkilər verib. Partlayışın neçə
nəfərin həyatına son qoyması barədə məlumat verilmir. Hücum paytaxt Kabilin
cənubundakı Vardak vilayətinin nəzarət mənqəsində baş verib. Daha əvvəl isə
koalisiya qüvvələri bildirib ki, Əfqanıstan qoşunları ilə yanaşı koalisiya
əsgərləri Qənədəhar vilayətində bir neçə Taliban yaraqlısını öldürüb. Qüvvələr
hücuma məruza qalandan sonra dünən yaraqlılara qarşı hava və quru hücumu həyata
keçirib.