Azərbaycanda silahlı qüvvələrin yaradılmasının 90 illik yubileyi
münasibətilə 16 ildə ilk dəfə olaraq hərbi parad keçirilib. Azərbaycan
prezidenti İlham Əliyev toplaşan kütləyə müraciət edərək deyib ki,
Azərbaycan xalqı Ermənistanla Dağlıq Qarabağ ətrafında danışıqlardan
yorulub və danışıqlar daim davam edə bilməz. Cənab Əliyevin bildirdiyinə
görə, Azərbaycan münaqişə həll olmadığına görə müharibə vəziyyətində
olan ölkədir. Azərbaycan prezidenti deyib ki, ölkənin müdafiə büdcəsi
2003-ci illə müqayisədə 10 dəfə artıb və hazırda 2 milyard dollardan
artıqdır.