Accessibility links

Mosul şəhərindəki bomba partlayışı 18 nəfərin ölümünə səbəb olub


İraqın Mosul şəhərinin hökumət idarəsi yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 18 nəfər həlak olub, 62 nəfərsə yaralanıb. Rəsmilərin sözlərinə görə, yaraqlılar əvvəlcə Neynəva vilayətinin paytaxtı Mosul şəhərinin bazarına raket atıblar. Qısa bir müddət sonra isə vilayətin qubernatoru Duraid Kaşmula ofisindən çıxan zaman avromobil partlayışı baş verib. Qubernator hadisədən xəsarət almadan qurtarıb.

Bu gün Ənbar vilayətində isə intiharçı hücumu nəticəsində məhkəmə şurası iclasına qatılan 12 nəfər ölüb. Ölənlər əsasən qəbilə başçıları olub. Rəsmilər deyirlər ki, Karmah şəhərində təşkil edilən iclasda iştirak edən yerli liderlərin bir qrupu Əl-Qaidə əleyhdarlarıdır.

XS
SM
MD
LG