Accessibility links

BMT-nin Kosovodakı missiyası əsaslı dəyişikliklərə hazırdır


BMT-nin Kosovo üzrə administratoru deyib ki, səlahiyyətlərin Avropa Birliyinə keçməsilə missiyada əsaslı dəyşikliklər ediləcək. Administrator Lamberto Zanniyer deyib ki, Kosovonun yeni reallıqlar qarşısında olduğu bir vaxt BMT-nin missiyasının rolun dəyişməsi üçün şərait hazırdır. O, prosesin 120 gün sürəcəyini gözlədiyini deyib. Administrator bu açıqlamaları bu gün Priştinada Kosovo prezidenti Fatmir Secduyi ilə görüşdən sonra verib.

BMT baş katibi Ban Ki Mun Kosovonun yeni konstutisiyası iyunun 15-də qüvvəyə mindikdən sonra rekonstruksiya planını keçən həftə elan etmişdi.

XS
SM
MD
LG