Accessibility links

Zimbabvedə birnamizədli prezident seçkiləri keçirilir


Şahidlərin sözlərinə görə, Zimbabvedə iqtidarda olan Robert Muqabenin yeganə namizəd olduğunu bugünkü ikinci raund prezident seçkilərində az sayda seçici iştirak etmir. Müxalifət lideri Morqan Tsvanqiray zorakılıqların seçkini qeyri-mümkün etdiyini deyəndən sonra bu həftə namizədliyini geri götürmüşdü. Seçki günü müraciətində o, tərəfdarlarını seçkini boykot etməyə çağırsa da, onlara həyatları təhlükədə olduğu təqdirdə səsvermədə iştirak etməli olduqlarını söyləyib. Hararedə jurnalistlər deyir ki, Muqabe tərəfdarı yaraqlılar əhaliyə hədə qorxu gələrək, onları seçkilərdə iştiraka məcbur edir. Şahidlərin sözlərinə görə, səsvermə məntəqələrində bir tərəfdə kütlə olduğu halda, digər tərəf demək olar ki, tamamilə boşdur. Səsvermədə prezident Robert Muqabe də iştirak edib.

XS
SM
MD
LG