Accessibility links

Nyu-Yorkun ixtisaslaşmış məktəbləri


Nyu-York təkcə müxtəlif millətlərin cəmləşdiyi şəhər deyil, burada eləcə də ixtisaslaşdırılmış xüsusi məktəblər fəaliyyət göstərir. Belə məktəblərdə texniki fənlərdən tutmuş, incəsənət və tarix də daxil edilməklə, hər sahəyə xüsusi diqqət yetirilir. İxtisaslaşdırılmış məktəblərdən biri Nyu-Yorkun Manhettan məhəlləsindəki Stayvesant məktəbidir. "Stay" adı ilə tanınan bu məktəb bir əsr bundan əvvəl oğlanların ticarət məktəbi kimi təsis edilmişdi. Bu gün isə bu tədris ocağı dünyada elm, texnologiya və riyaziyyat təmayüllü bir məktəb kimi tanınır.

Burada 3 minə yaxın şagird kollec səviyyəli 55 fənn üzrə seçimə malikdir. Fənlər arasında humanitar, habelə memarlıq kursları da yer alır.

Bu sinfin şagirdləri "Stay" məktəbinə daxil olmaq üçün olduqca çətin və yüksək rəqabətli imtahanlardan keçməlidirlər. Məktəbin direktoru Stenli Teytelin dediyinə görə, bu imtahanları keçənlər üçün mürəkkəb bir həyat başlayır: "Mən uşaqlara zarafatca həmişə belə deyirəm, burada 3 şeyə malik olacaqsınız - orta qiymət, gecələr yuxu və sosial həyat. Onlara bunların ikisini seçməyi tövsiyə edirəm, ona görə ki üçüncüyə heç vaxt vaxt olmur".

Lakin bu, məktəbdə əyləncə olmadığı demək deyil. Belə ki, şaxmat klubları, idman və musiqi dərnəkləri uşaqların ixtiyarına verilir.

Digər bir ixtisas yönümlü məktəblərdən biri Bronks məhəlləsində yerləşir. Burada yuxarı sinif şagirdlərinə kompüter və texnologiya dərsləri tədris edilir. Bu məktəbdəki şagirdlərin işlədiyi layihəyə onların müəllimi, robotlar üzrə mütəxəssis Sten Ellis nəzarət edir: "Onlar əlləri ilə işləməyi sevirlər. Bir komanda kimi çalışmaqdan zövq alırlar. Onlar müxtəlif təkliflər irəli sürür, ümumiyyətlə burada olmaqdan zövq alırlar".

Bu məktəbdə umimi fənlərdən əlavə kompüter təmiri kimi peşə də öyrədilir. Məktəbi bitirənlərə "Microsoft" sertifikatı verilir ki, bu onların yeni başlayan işçi kimi yüksək maaşla təmin edilməsinə kömək edə bilər.

Nyu-Yorkun Kvins məhəlləsində yerləşən Frenk Senatra adına incəsənət məktəbi xoreoqrafiya dərsləri keçir. Bu məkrəbdə hər gün 45 dəqiqəlik 3 dərs uşaqların özlərinin seçdiyi incəsənət dərslərini əhatə edir.

Nyu-York şəhərində tarix, ictimai səhiyyə və yazı dərsləri üzərində ixtisaslaşan digər məktəbləri də fəaliyyətdədir. Ona məktəbi bitirdikdən sonra nə ilə məşğul olacağı barədə sual verədə o belə cavab verir. Eva deyir ki, texniki elmlər Amerika üçün çox vacibdir, lakin bu elmlər tək fəaliyyət göstərə bilməz. Bu elmlərdən laboratoriyada istifadə edilir.


XS
SM
MD
LG