Accessibility links

ABŞ biznesmenləri İrana hərbi təyyarə hissələri satmaqda ittiham edilirlər


ABŞ-ın Florida ştatının federal hakimi iki Amerika biznesmeninin həbsxanada saxlanması barədə qərar çıxarıb. Biznesmenlər İrana qeyri-qanuni hərbi təyyarə hissələri satmaqda günahlandırılırlar. Mayami şəhərinin hakimi bildirib ki, keçən həftə yaxalanan biznesmenlərin mühakiməsi barədə dinləmələri iyul ayının 8-nə təyin edib.

Həbs edilən şəxslərdən biri İranda anadan olmuş, şirkəti Kaliforniyada olan Həsən Kişari, ikincisi isə şirkəti Mayami yaxınlığında yerləşən, Rumıniya əsilli Trayan Bujduveanudur. Onların hər ikisi ayrı-ayrılıqda fəaliyyət göstərərək, hərbi təyyarə hissələri satmaqda ittiham edilirlər. Müstəntiqlər Bujduveanunun şirkətində yoxlamalar apararkən oradan yüzlərlə hərbi təyyarə hissələri aşkar etdiklərini bildirmişlər.

İttiham edilən şəxslərin təyyarə hissələrini əvvəlcə Dubaya göndərdikləri, oradan isə İrana aparıldığı deyilir. Prokurorlar hərbi təyyarə hissələrindən əlavə həmin şəxslər tərəfindən iki hərbi vertolyot və F-14 tipli qırıcı təyyarənin də satıldığını bildirmişlər.

Keçmiş diplomat Viktor Komras Birləşmiş Ştatların hər-hansı bir hərbi texnologiyanın İran hökumətinin əlinə keçməməsi üçün çox ciddi qanunlar hazıqladığını deyib. Onun sözlərinə görə, Amerika ixracçıları hərbi sursatın sonda hansı ölkəyə çatacağını bilməkdə məsuliyət daşıyırlar.

XS
SM
MD
LG