Accessibility links

İraqda 3 yaraqlı öldürülüb


İraqda koalsiya qüvvələri ölkənin şimalında Əl-Qaidəni hədəf alan son əməliyyatları zamanı 3 şübhəli yaraqlını öldürüb, 12 nəfəri isə həbs edib. Ordunun bu gün açıqladığı bəyanatında deyilir ki, 2 yaraqlı Mosul şəhərinin cənubunda keçirilən reyd zamanı öldürülüb. Digər bir silahlı isə Kərkük əməliyyatları zamanı həlak olub. Bununla yanaşı, İraqın Əl-Qaidəyə bağlı qrupu cümə axşamı Anbar vilayətində 23 nəfərin həyatına son qoyan intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb. “İraq İslam Dövləti” kimi tanınan qrup bu məlumatı yaraqlıların veb saytında yerləşdirib. Ancaq bir qədər əvvəl ABŞ ordu rəsmiləri Anbar hücumunda Əl-Qaidəni ittiham edirdilər. Bu hücum 2 yerli İraq rəsmisinin və 3 ABŞ Hərbi Dəniz qüvvələri əsgərinin həyatına son qoymuşdu.

XS
SM
MD
LG