Accessibility links

Qazağıstanla neft şirkətləri konsorsiumu neft hasilatına dair razılıq əldə edib


Qazağıstan hökuməti və beynəlxalq neft şirkətləri konsorsiumu 2013-cü ildə Xəzər dənizində böyük neft yatağında istehsala başlamaq haqda razılıq əldə ediblər. Qazağıstan Enerji naziri Sauat Minbayev bu gün paytaxt Astanada neft şirkətlərinin rəsmiləri ilə görüşdən sonra bəyanat verib. Kaşaqan neft yatağında 36 milyard barrel neftin olduğunu bildirən rəsmilər, orada günə bir milyon barrel neft hasil etməyin mümkünlüyünü deyiblər. “Eni”, “Royal Dutch Shell”, “Exxon Mobil”, “Total” və “Conoco-Philips”-in daxil olduğu konsorsium ilk dəfə olaraq neft çıxarılmasını 2005-ci ildə planlaşdırmışdı. Neftin yenidən çıxarılması isə 2011-ci ilə təyin edilmişdi. Cənab Minbayevin sözlərinə görə, hasılatın başlanma vaxtının daha artıq ləngiyəcəyini gözləmir.
XS
SM
MD
LG