Accessibility links

Rusiya və Estoniya prezidentləri görüş keçirib


Rusiya və Estoniya prezidentləri-Dmitri Medvedyev və Tomas Hendrik İlves ölkələri arasında mövcud olan gərgin münasibətlərin normallaşdırılmasına çalışdıqlarını deyirlər. Sibirin Xantı-Mansiysk şəhərində təşkil edilən regional forumun iştirakçı olmuş prezidentlər bü gün görüşüblər. Rusiya lideri 2005-ci ildə tərəflərin son görüşündən sonra problemlərin artdığını etiraf edib. Estoniya prezidenti görüşü qarşılıqlı əlaqələrin müzakirəsi üçün yaxşı bir imkan adlandıraraq, qarşısda görülməli çox iş olduğunu deyib. İki ölkə arasında gərginlik 1991-ci ildə Estoniyanın Sovet İttifaqı tərəfindən 50 illik işğalına son qoyulduqdan sonra yaranıb. Moskva Estoniyanı rusdillilərə qarşı ayri-seçkilikdə ittiham edir.

XS
SM
MD
LG