Accessibility links

ABŞ prezidenti müdafiə xərclərinə dair qanunu imzalayıb


Prezident Buş İraq və Əfqanıstanda müharibə xərcləci üçün 162 milyard dollar ayrılması haqda qanun layihəsinə imza atıb. Layihədə əsgərlərin İraqdan çıxarılması üçün vaxt göstərilməyib. Ağ Evdə verdiyi bəyanatda prezident Buş müharibənin davam etdiyini deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar xarici ölkələrdə qulluq edən əsglərə borcludur və onlara dəstəyini əsirgəməməlidir.

ABŞ prezidenti habelə layihənin təsdiqində yekdillik göstərdiklərinə görə qanunvericilərdən razılığını ifadə edib. Hərbi fondlar 2009-cu ilin yanvar ayında ABŞ-ın növbəti prezidenti vəzifə başına keçənə qədər İraq və Əfqanıstanda əməliyyatlar üçün ayrılır. Birləşmiş Ştatlar Senatı qanun layihəsini keçən həftə yekdilliklə qəbul etmişdi. Konqresin Nümayəndələr Palatası isə layihəni bu ayın əvvəli təsdiq etmişdi. Cənab Buş Konqresdə əksəriyyətə malik demokratların İraqdan hərbi qüvvələrin çıxarılması üçün vaxt qoymaq cəhdlərinə qəti şəkildə etiraz etmişdi.

XS
SM
MD
LG