Accessibility links

Monqolustanın paytaxtında zorakılıqlar baş verib


Monqolustanın ədliyyə naziri bildirib ki, bazar günü parlament seçkilərindən sonra paytaxt Ulanbatorda dünən zorakı nümayiş zamanı 5 nəfər insan həyatını itirib. Nümayişçilər seçkiləri saxtalaşdırmaqda ittiham etdikləri hakimiyyətdə olan partiyanın ofislərini yandırdıqdan sonra yüzlərlə insanın yaralandığı deyilir. Zorakılıqlar prezident Nambarın Enkbayarın bu gün gecə yarıdan etibarən dörd gün fövqəladə vəziyyət elan etməsinə gətirib çıxarıb. Prezidentin sərəncamına görə, Ulnabatorda bu müddət ərzində toplaşmağa icazə verilmir.



XS
SM
MD
LG