Accessibility links

Bağdadda xüsusi qrup üzvləri həbs edilib


ABŞ hərbçiləri deyirlər ki, koalisiya qüvvələri Bağdadda iki xüsusi qrupun üzvlərini həbs ediblər. Bu iki şəxs bu gün koalisiya qüvvələrinə hücum məqsədilə militantları silah və təlimlə təchiz edən adamın evinə reyd zamanı yaxalanıb. Hərbçilər adətən “xüsusi qrup” anlayışını İranın himayə etdiyi şiə militantlarına istinad edərkən işlədirlər.

Başqa xəbərdə İraqın xarici işlər naziri Hoşyar Zebari İordaniya kralı Abdullanın tezliklə İraqa səfər edəcəyini bildirib. Bu, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsindən bəri bu ölkəyə Ərəb lideri tərəfindən ediləcək ilk səfər olacaq.

XS
SM
MD
LG