Accessibility links

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanda səfərdədir


Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında dostluq və strateji əməkdaşlığa dair sənəd imzalayıblar. Sənəd Rusiya prezidentinin Azərbaycana ilk səfəri zamanı Bakıda imzalanıb. Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələri və qlobal məsələləri müzakirə etmək üçün danışıqları Azərbaycan prezidentinin Bakıdakı iqamətgahında keçiriblər.

Rusiya və Azərbaycan rəsmiləri həmçinin arxivlər, tranzit yüklər və gömrük pozuntularının qarşısının alınması sahəsində əmkdaşlığa dair razılıqlar imzalayıblar. İki ölkə həmçinin Xəzəryanı dövlətləri neftlə zəngin regionun ehtiyatlarından istifadəyə dair razılıq əldə etməyə çağırıblar.

Rusiya rəsmiləri Azərbaycandan təbii qaz almaq üçün danışıqlar planlaşdırdıqlarını deyiblər. Rusiyanın dövlətə məxsus qaz monopoliyası Qazpromun başçısı Aleksey Miller deyib ki, onun şirkəti Azərbaycandan mümkün qədər çox qaz almağa hazırdır. Miller bu açıqlamaları bu gün Bakıda Rusiya prezidentinin Azərbaycana ilk səfəri zamanı verib.

Azərbaycan Dmitri Medvedevin ticarət və enerji məsələləri üzərində məkəzləşən turunun ilk dayanacağıdır. Bundan sonra Rusiya prezidenti Səkkizlərin sammitində iştirak etmək üçün Yaponiyaya səfər etməzdən öncə Türkmənistan və Qazaxıstanda olacaq.

XS
SM
MD
LG