Accessibility links

BMT-nin baş katibi Ban Gi Mun Cənubi Koreyadadır


BMT-nin baş katibi Ban Gi Mun vətəni Cənubi Koreyadadır. Bu, onun vətəninə 18 ay əvvəl BMT-nin baş katibi vəzifəsini tutduğu müddətdən bəri ilk səfəridir. Cənubi Koreyanın baş naziri Han Seung-Soo tərəfindən qarşılanan baş katib özünü xoşbəxt hiss etdiyini və vətənə qayıtmasının onda həyəcan hissləri oyatdığını deyib.

BMT-nin baş katibi Ban Gi Mun Cənubi Koreya səfəri çərçivəsində prezident Li Myun Bak və digər yüksək səlahiyyətli rəsmilərlə görüşür. BMT-nin baş katibi vəzifəsindən əvvəl Ban Gi Mun Cənubi Koreyanın xarici işlər naziri vəzifəsində çalışmışdı.

XS
SM
MD
LG