Accessibility links

BMT Əfqanıstanla Pakistan arasında əməkdaşlığın daha da gücləndirilməli olduğunu deyir


BMT ali rəsmisinin sözlərinə görə, regionda sabitlik üçün Əfqanıstanla Pakistan arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Təşkilatın Əfqanıstan üzrə nümayəndəsi Kay Eyde deyir ki, sərhəd regionunda yaraqlılarla mübarizə aparmaq üçün Əfqan və Pakistan hökuməti siyasi dialoqlar bağlamalıdırlar. Eyde bu şərhləri bu gün Pakistan paytaxtı İslamabada səfəri zamanı verib. Səfərin məqsədi qonşu ölkələr arasında gərginliyi azaltmaqdır. BMT rəsmisi hər hökumət tərəfdən müsbət siqnallar aldığını bildirib. Eyde deyib ki, Əfqan institutları və iqtisadiyyatın inkişafı da Əfqanıstanda stabilliyin başlıca amillərindəndir.

XS
SM
MD
LG