Accessibility links

Rusiya xarici QHT-lərə vergi tətbiq edir


Rusiya baş naziri Vladimir Putin xarici qeyri-hökumət təşkilatlarına 24 faiz gəlir vergisi tətbiq edib. Bu təşkilatlar sırasında Qırmızı Xaç və Dünya Təbiət Fondu da var. Rus mediasının verdiyi məlumata əsasən cənab Putin sərəncam imzalayaraq Rusiyada fəaliyyət göstərən QHT-lərin gəlirsiz statusunu ləğv edib. QHT-lər bu addımı tənqid edərək onu Rusiyada cərəyan edən anti-Qərb tendensiyasının bir hissəsi kimi qiymətləndirirlər. İndən belə Rusiyada fəaliyyət göstərən 101 xarici QHT-dən yalnız 12-si vergilərdən azad olunacaq. Başqa təşkilatlar onlara verilən xeyriyyə vəsaitlərindən vergi ödəməli olacaqlar.

XS
SM
MD
LG