Accessibility links

Türkmənistan qazı Avropa bazarlarına Rusiya ərazisindən nəql ediləcək


Rusiyanın dövlət nəzarətində olan Qazprom şirkətinin rəhbəri Aleksey Miller ürkmənistandan təbbi qaz idxalının artırılacağını elan edib. Qazpromun bu bəyanatı Rusiya prezidenti Dmitri Medvedevlə Tükrmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun paytaxt Aşqabadda enerji əməkdaşlığına dair danışıqlar keçirdiyi vatxa təsadüf edir. Dövlət başçıları yeni qaz kəmərinin inşasının vacibliyini vurğulayaraq, tikintinin tez bir zamanda başa çatdırılacağını deyiblər. Bu layihəyə əsasən Türkmənistan qazı Avropa bazarlarına Rusiya ərazisindən nəql ediləcək. Türkmənistan dünyanın zəngin təbbi qaz ehtiyatına malik olan ölkələrindən biridir.

XS
SM
MD
LG