Accessibility links

Rusiya Gürcüstana Abxaziyada yeni müharibə təhlükəsinə dair xəbərdarlıq edib


Rusiya prezidenti Dmitri Medvedev Gürcüstana ondan ayrılmaq isyətən Abxaziya və Cənubi Osetiya regionalarında gərginliyi qızışdırmamaq barədə xəbərdarlıq edib. Cənab Medvedev bu gün özünün gürcü həmkarı Mixail Saakaşvili ilə Kazaxıstan paytaxtı Astanada rəsmi mərasimdə görüşüb. Rusiya prezidenti Qafqaz regionunda gərginliyin qəbuledilməz olduğunu deyib. Bu gün Rusiya Müdafiə nazirliyinin açıqladığı bəyanatda Abxaziyanın Gürcüstan rəhbərliyinin hərbi gücdən istifadə etməyi planlaşdırdığına dair iddialardan narahatlığı ifadə edilir. Bundan öncə Abxaziyanın separatçı lideri Sergey Baqaşp bu gün müxbirlərə deyib ki, o, Gürcüstanın aprel, ya may ayında regiona hücum etmək planından xəbərdar idi, lakin plan baş tutmayıb. Rusiyanın İnterfaks xəbər agentliyi Gürcüstanın baş naziri Lado Qurqenidzeyə istinadən xəbər verib ki, rəsmi Tbilisi münaqişəni sülh yolu ilə həll etmək prinsiplərinə sadiqdir.

XS
SM
MD
LG