İran hökumətinin sözçüsü Qulamhüseyn Elham onun ölkəsinin dünyanın
qüdrətli dövlətlərilə nüvə proqramına dair danışıqlara hazır olduğunu
deyib. O həmçinin bildirib ki, İranın məsələ ilə bağlı mövqeyi dəyişməz
olaraq qalır və Tehran uran zənginləşdirilməsi proqramı üzərində
işləmək hüququnu əldən vverməyəcək. Qulamhüsyen Elhamın bu açıqlamaları
dünən İranın dünyanın altı qüdrətli dövlətinin iqtiasdi güzəştlər
paketinə rəsmi cavab verməsindən sonra bu gün verir. Rusiya, Çin,
Fransa, Almaniya, Britaniya və Birləşmiş Ştatlar İrana uran
zənginləşdirilməsi proqramını dayandırdığı təqdirdə iqtisadi və ticari
güzəştlər təklif edirlər. İranın Avropa Birliyinin Xarici siyasət
idarəsinin rəhbəri Xavyer Solanaya dünən Brüsseldə təqdim etdiyi
cavabının məzmunu barədə bir söz deyilməyib.