Accessibility links

ABŞ prezidenti Səkkizlərin sammitinə qatılmaq üçün Yaponiyaya yola düşür


ABŞ prezidenti Corc Səkkizlər qrupu kimi tanınan dünyanın sənayesi inkişaf etmiş ölkələrinin liderlərinin zirvə görüşündə iştirak etmək üçün Yaponiyaya yola düşür. Cənab Buş bu həftənin əvvəli bildirib ki, üç gün sürəcək görüş zamanı enerji təchizatı və ərzaq çatışmazlığı daxil olmaqla, bir sıra ciddi qlobal məsələlər müzakirə ediləcək. Zirvə görüşü işinə bazar ertəsi günü başlamlıdır. ABŞ prezidentinin bildirdiyinə görə, o, Səkkizləri Afrika ölkələrinə səhiyyə yardımı haqda əvvəl verdikləri vədlərə yerinə yetirməyə çağıracaq.

XS
SM
MD
LG