Accessibility links

Yaponiyanın Saporro şəhərində ikinci gündür etiraz aksiyası keçirilir


Bu gün yüzlərlə adam Yaponiyanın Saporro şəhərində ikinci gündür etiraz aksiyası keçirir. Böyük Səkkizlərin sammitinə etiraz edən nümayişçilər iqlim dəyişikliyi və açlıq kimi bir sıra problemlərə görə qrupun buraxılmasına çağırıb. Bugünkü nümayişlər sakit keçib. Dünənki nümayişlərdə polislə qarşıdurma zamanı televiziya operatoru daxil edilməklə, 4 adam nəzarət altına alınıb. Böyük Səskkizlərin Yaponiya sammiti öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib. Sabah Yaponiyanın şimal Hakkaida şəhərində təşkil ediləcək tədbirdən əvvəl ölkənin paytaxtında da hazırlıq işləri başlayıb. Belə ki, Səkkizlik sammitinə etiraz aksiyalarının zorakılara çevrilə biləcəyindən ehtiyat edilir. Amerikanın Tokiodakı səfirliyi, parlament binaları və baş nazirin iqamətgahı yaxınlığında polis postları, 20000-dən artıq təhlükəsizlik qüvvələri yerləşdirilib.

XS
SM
MD
LG