Rusiya
sülhməramlıları deyir ki, bu gün Gürcüstanla Abxaziya regionu arasındakı sərhəd
yaxınlığında 4 partlayış olub. Demək olar ki, 4-ü də eyni zamanda baş verən
partlayış nəticəsində xəsarət alanlar və ölənlər barədə məlumat verilmir.
Abxaziya və Cənubi Osetiya regionları müstəqilliklərini 1990-cı illərin
əvvəllərində bəyan ediblər. Gürcüstan prezidenti Mixail Saakaşvili regionları
mərkəzi hakimiyyətin nəzarətinə qaytaracağına dəfələrlə söz verib ancaq deyib
ki, o münaqişənin sülh yolu ilə həllinə çalışır. Rusiya sülhməramlılarının
Abxaziya və Cənubi Osetiyada yerləşdirilməsi Moskva ilə Tbilisi arasında
gərginliklərə səbəb olub.