Accessibility links

Kabildə Hindistan səfirliyi qarşısındakı  partlayış nəticəsində  41 nəfər həlak olub


Əfqan rəsmiləri paytaxt Kabildə Hindistan səfirliyi qarşısında bomba yerləşdirilmiş maşının partlatması nəticəsində 4 hindistanlı daxil olmaqla, 41 nəfərin həlak olduğunu və 141 nəfərin isə yaralandığını bildirirlər. Hücumun məsuliyyətini üzərinə götürən yoxdur. Ağ Evin sözçüsü Gordon Condroe hücumu pisləyib. Əfqan prezidenti Həmid Karzay hücumu qınayaraq deyib ki, bu. Əfqanıstan və Hindistan arasındakı dostluğa qarşı olan yaraqlıların əməlidir. Hindistan Əfqanıstan hökumətilə yaxın əlaqələrə malikdir və o, Əfqanıstanın bir sıra layihələrini maliyyələşdirir.

XS
SM
MD
LG