Accessibility links

Azadlıq radiosunun müxbiri azad edilib


ABŞ hökumətinin maliyyələşdirdiyi Azad Avropa və Azadlıq radio stansiyası Türkmənistanda iki həftə saxladıqdan sonra müxbirləri Sazak Durdumuradovun azad edildiyini bildirir. Bu gün açıqlanan bəyanatda deyilir ki, Durdumuradov iyul ayının 4-ü evinə qayıdıb. Radio şəbəkəsi müxbirin iyun ayının 20-də həbs edildikdən sonra işgəncələrə məruz qaldığını bildirib. Türkmən rəsmiləri ondan Azad Avropa və Azadlıq radiosuna çalışmamaq haqda yazılı vəd tələb ediblər. ABŞ-ın Aşğabaddakı səfirliyi müxbirin azad edilməsini alqışlayaraq, Türkmənistan hökumətini beynəlxalq insan hüquqları öhdəliklərinə sadiq qalmağa çağırıb.

XS
SM
MD
LG