Accessibility links

İran raketləri sınaqdan keçirib


İran uzaq və orta mənzilli raketləri sınaqdan keçirib. Rəsmilər bu mərmilərin İsrailə çata biləcəyini deyir. Raket sınağı İranın nüvə proqramı ilə bağlı gərginlik cərəyan etdiyi vaxta təsadüf edir. İranın dövlət televiziyası bvildirir ki, sınaqdan keçirilən raketlər arasında 2 kilometr məsafə qət edə bilən Şahab-3 raketi var. İran İnqilab Qvardiyasının yüksək rütbəli komandiri deyir ki, hərbi təlimlər İranın düşmənə cavab vermə qabiliyyətini nümayiş etdirir. Dünən İran ali dini rəhbərinin yardımçısı deyib ki, İranın nüvə obyektlərinə hücum olduğu təqdirdə Fars Körfəzindəki ABŞ və İsrail hərbi donanmaları alova bürünəcək.

XS
SM
MD
LG