Accessibility links

Zimbabve hökuməti BMT-ni qınayır


Zimbabve hökuməti prezident Robert Muqabeni və digər rəsmiləri ölkədə baş verən irqi qarşıdurmada günahlandıraraq, BMT-nin onlara qarşı qoyduğu bir sıra sanksiyalara görə qınamışdır. Zimbabvenin informasiya naziri Sayxaniso Ndlovu deyib ki, qərbin həyata keçirmək istədiyi sanksiyalar prezident Muqabenin hakimiyyətdən getməsi və yalançı bir hökumət qurulması məqsədi daşıyır.

BMT-nin Təhlükəsizlik Şurasında bu həftə Zimbabve prezidenti Robert Muqabeyə və ölkənin digər 13 rəsmisinə qarşı silah embarqosu, maliyyə və səyahət məhdudiyyətləri kimi sərt sanksiyaların səsə qoyulacağı bildirilir. Prezident Muqabe və digər rəsmilər seçkilər zamanı baş verən zorakılıqda təqsirləndirilir.

XS
SM
MD
LG