İsrail
polisi baş nazir Ehud Olmerti korrupsiya iddialarına dair sorğu-sual edəndən
sonra bildirib ki, o, hazırda fırıldaqçılıqda şübhəli bilinir. Bu gün Ədliyyə
Nazirliyi ilə birgə açıqlanan bəyanatda İsrail polisi cənab Olmertin Qüdsün
meri, ticarət və sənaye naziri olan zaman xarici səfərlərə həddən artıq çox pul
israf edib-etmədiyini araşdırdığını bildirir. Bəyanatda deyilir ki, o,
dövlətdən bəzi səfərlər üçün ayrılan maddi vəsaitləri mənimsəməkdə şübhəli bilinir.
Polisin açıqlamasına görə, pulların bir hissəsi cənab Olmertin şəxsi
hesablarından birinə yatırılıb. O, 2003-cü ilə kimi 10 il Qüdsün meri olub.
2006-cı ildə baş nazir olmamışdan öncə isə cənab Olmert ticarət naziri
vəzifəsində çalışıb.