Accessibility links

BMT Dünya Əhali gününü qeyd edir


Bu gün Dünya Əhali gününü qeyd edən BMT ailə planlşdırılmasının əhəmiyyətini vurğulayır. Təşkilatın bildirdiyinə görə, ailə planlaşdırılması mövzusu analar və uşaqların həyatı və sağlamlığında reproduktiv səhiyyə xidmətlərinin rolunu öyrənmək imkanı verir. Dünya Əhali günü münasibətilə mesajında BMT baş katibi Ban Ki Mun beynəlxalq ictimaiyyəti doğum zamanı anaların ölümünü azaltmaq və 2015-ci ilə qədər analar və uşaqların reproduktiv səhiyyə xidmətlərindən istifadəsinə imkan yaradılması üçün fəaliyyətə keçməyə çağırıb. Bununla yanaşı, BMT-nin Əhali Fondunun direktoru Toraya Əhməd Obayd deyib ki, ailə planlaşdırılmasının gender bərabərliyi və yoxsulluqla mübarizədə çox böyük əhəmiyyəti var.

XS
SM
MD
LG