Əfqan rəsmilərinin bildirdiyinə görə,
Birləşmiş Ştatlar hava qüvvələrinin Nənqahar vilayətində həyata keçirdikləri
hücum nəticəsində çoxu qadın və uşaq olmaqla, 47 nəfər həlak olub.
Əfqanıstan qanunvericisi Burhanulla Şinvarın
açıqlamasında bildirilir ki, aparılan təhqiqatlar iyul ayının 6-da Deh-Bala
mahalında keçirilən toy məclisində nə Əl-Qaidə, nə də Taliban yaraqlıları deyil,
mülki vətəndaşlar öldürülüb.
Pentaqon sözçüsü Brayan Vitman bu gün deyib ki, ABŞ ordusu hələ də hədəfin günahsız mülki vətəndaşlar olmadığına inanır. O, ABŞ rəsmilərinin hadisə ilə bağlı təhqiqat apardığını bildirib.
Əfqanıstan prezidenti Həmid Karzai isə qanunvericilər, daxili işlər və müdafiə nazirliklərinin rəsmiləri daxil edilməklə, təhqiqat işini 9 nəfərə tapşırıb.