Accessibility links

Parisdə Aralıq dənizi ölkələrinin ilk sammiti işinə başlayıb


İsrailin baş naziri Ehud Olmert bildirib ki, İsrail və Fələstinlilər sülh razılığının əldə olunmasına heç vaxt belə yaxın olmayıblar. O, bu açıqlamanı Parisdə Aralıq dənizi ölkələrinin ilk zirvə toplantısında Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşdükdən sonra verib. Görüşdən sonra, cənab Olmert və prezident Abbas zirvə toplantısına ev sahibi edən Fransa prezidenti Nikola Sarkozi ilə birlikdə müxbirlərlə söhbət ediblər. Hər üç lider reqionda sülhə nail olunacağına vəd verib. Cənab Sarkozi bildirib ki, Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələrinin yaratdığı yeni birlik regionun inkişafına xidmət edəcək. Fransa və Misir iki il ərzində Aralıq dənizi Birliyinin həmsədri olacaq.

XS
SM
MD
LG