Accessibility links

Əfqanıstanda intiharçı hücumu 24 nəfərin həyatına son qoyub


Əfqanıstan rəsmiləri deyir ki, ölkənin cənubunda intiharçı hücumu nəticəsində 19-u mülki vətəndaş və 5-i polis işçisi olmaqla, azı 24 nəfər həlak olub. Daxili işlər nazirinin sözçüsü Zarami Bəşərinin sözlərinə görə, intiharçı Uruzqan vilayətinin Deh Ravud məhəlləsində yerləşən bazardakı polis maşınını hədəf alıb. Bu gün baş verən partlayış zamanı çoxu mülki vətəndaş olmaqla, ən azı 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hücumun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb. Ancaq rəsmilər intiharçı hücumuna görə Taliban yaraqlılarını günahlandırır. Hadisə təxminən bir həftə əvvəl Əfqanıstan paytaxtı Kabildə Hindistan səfirliyinin qarşısında partlayış zamanı 40-dan çox insanın həlak olmasından sonra baş verib.

XS
SM
MD
LG