İran prezidenti Mahmud Əhmədinejad Tehranda ABŞ-ın diplomatik
nümayəndəliyinin açılmasını nəzərdən keçirmək istədiyini deyib. O bu
açıqlamanı bu gün kabinet üzləri ilə görüşdən sonra sualı
cavablandırarkən verib. Mahmud Əhmədinejad İran və Amerika xalqları
arasında əlaqələrin genişləndirilməsi fikrini alqışladığını bildirib.
İran prezidentinin sözlərinə görə, o, ABŞ-ın diplomatik
nümayəndəliyinin açılması üçün hələ heç bir rəsmi müraciət almayıb.
Amerika mətbutı ABŞ rəsmilərinin Tehranda nümayəndəliyini
açılıb-açılmaması məsələsi ətrafında müzakirələr apardığı haqda iyun
ayında məlumat vermişdi. İki ölkə arasında diplomatik münasibətlər
1980-ci ildə ABŞ səfirliyinin İranda radikallar tərəfindən ələ
keçirilməsindən sonra kəsilmişdir.