Accessibility links

Pakistanın şimal-qərb bölgəsində intiharçı hücumu 3 nəfərin ölümülə nəticələnib


Pakistanın şimal-qərb bölgəsində həyata keçirilmiş intiharçı hücumu zamanı azı üç nəfərin öldüyü bidirilir. Təriqət zəminində zorakılıqlara səhnə olmuş Dera İsmayıl Xan bölgəsinin polisi bildirib ki, tələfatların sayı partlayıcı maddələrin hamısının partlamamasına görə az olub.

Şimal-qərbin daha bir vilayətində isə axtarış qrupları şənbə günü Taliban yaraqlıları tərəfindən pusquya salınıb qətlə yetirildiyi güman edilən təhlükəsizlik qüvvələrinin 15 əsgərinin cəsədini axtarır. Ağır tələfat baxmayaraq, Pakistan təhlükəsizlik qüvvələri bidirir ki, əsgərlər üç yraqlını qətlə yetirib.

XS
SM
MD
LG