Accessibility links

Barak Obama İraq siyasətini izah edir


Bu gün Demokrat Partiyasından prezidentliyə namizəd Barak Obama Nyu York Taymz qəzetində İraqa dair məqalə ilə çıxış edib. Ötən həftələrdə mövqeyini tez-tez dəyişməkdə ittiham edilən Obama ümid edir ki, bu günkü yazıda açıqladığı tezislər onun Amerikanın İraq siyasəti ilə bağlı fikirlərinə aydınlıq gətirəcək.

Praymeri mövsümü zamanı İraq müharibəsinin qəti əleyhdarı kimi çıxış etmiş Obama İraq baş naizir Nuri Əl Malikinin ABŞ qüvvələrinin həmin ölkədən çıxarılması üçün vaxt cədvəli haqda çağırışını alqışlayır. Namizədin sözlərinə görə İraqda uğurun və ABŞ maraqlarının təmin edilməsi üçün döyüş qüvvələrinin İraqdan çıxarılması vacibdir. Rəqibi Senator Con Makkeynlə öz arasındakı fikir ayrılıqlarını qabardan Demokrat senator əvvəlcədən İraq müharibəsinin əleyhinə çıxdığını və bu müdaxilənin diqqəti onun Əl Qaidaya qarşı əsas cəbhə xətti hesab etdiyi Əfqanıstandan yayındırdığını söyləyir. Obama deyir ki, ABŞ qüvvələrinin eyni zamanda Əfqanıstanda və İraqda hərbi əmliyyatlar aparması ordunun imkanlarını gərib.

Hazırkı İraq siyasətini tənqid edən Barak Obama ABŞ qüvvələrini İraqda saxlamağın heç kəsin maraqlarına xidmət etmədiyini deyərək, prezident olan kimi sitat “müharibəyə son qoyacağını” deyir. İraq müharibəsini son illərdə ən böyük strateji səhv adlandıran Demokrat senator bu məsələni Respuiblikaçı namizəd Con Makkeynlə debatda müzarə etməyə hazır olduğunu yazır.

Bu arada cənab Makkeyn Noybar seçkilərində qələbə şanslarını artırmaq üçün ciddi səylər göstərməkdə davam edir. Belə ki, Boston Globe qəzetinin yazdlığına görə hakim partiyanın 3-cü dönəm seçkilərdə qalib çıxması həmişə problematik olur. 1928-ci ildən bəri 3-cü dönəm hakimiyyət uğrunda 6 seçkilər olub. Bunlardan yalnız 2-si müvəffəq olub. Demokrat Franklin Ruzvelt 1940-cı ildə 3-cü dəfə prezident seçilib və Respublikaçı Corc Herbert Buş 1988-də Ronald Reyqanın sələfi olub. Və hər iki halda səsvermə demək olar ki, bərabər nəticələrlə sonuclanıb. 1960-da Riçard Nikson, 68-də Hubert Hamfri, 76-da Cerald Ford və 2000-də Əl Qor üçün isə nəticələr fərqli olub.

Bütün 6 seçkilərdə 24 ştatda 3-cü dönəm hakimiyyət uğrunda mübarizə aparan hakim partiyalar məğlub olub. Bu sıraya Miçiqan da daxildir ki, bu il Con Makkeyn onu Demokrat düşərgəsindən qoparacağına bel bağlayır. Eyni zamanda Respubklaçılar 2004-cü ildə qalib olduqları Kolorado, Ohayo və Virciniya ştatlarını əldə saxlamaq üçün gəgin səylər göstərirlər. O biri tərəfdən Con Makkeyn ümid bəsləyir ki, Delavar, Nyu Cersi və Pennsivlaniya kimi ştarlarda mühafiəzakar əhali yarışın ortasında atları dəyişmək qərarından vaz keçəcək.

XS
SM
MD
LG