Accessibility links

Barak Obama İsrail və İordan Çayının Qərb Sahilinə səfər edəcək


İsrail və Fələstin rəsmilərinin bildirdiyinə görə, ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama gələn həftə İsrail və İordan Çayının Qərb Sahilinə səfər edəcək. Rəsmilər deyiblər ki, Obama gələn həftənin çərşənbə axşamı günü İsrailin baş naziri Ehud Olmert, çərşənbə günü isə fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək. Senator Obama səfərlə bağlı planlarını açıqlamayıb, lakin o, keçən ay iyulda yaxın Şərq və Avropaya səfər edəcəyini bildirmişdi. Demokrat partiyasından prezidentliyə namizəd deyib ki, səfər ona ABŞ-ın milli təhlükəsizliyi üçün əhəmiyyət daşıyan ölkələrdə vəziyyətlə tanışlıq imkanı verəcək.

XS
SM
MD
LG