Accessibility links

Iraqda həyata keçirilən intiharçı hücumları onlarla insanın həyatına son qoyub


İraq rəsmilərinin dediyinə görə, ölkənin şimalındakı Baquba şəhərində bu gün iki intiharçının həyata keçirdiyi bomba hücumları nəticəsində azı 37 nəfər ölüb, 50 nəfərdən çoxu yaralanıb. Dünən isə Britaniyanın yüksək səviyyəli komandiri, general Barni Vayt Spunner deyib ki, mart ayında İraqın cənub şəhəri Bəsrə şiələrin nəzarətindən alınmışdı. Bəsrənin nəzarətini itirmiş şiə yaraqlılar geri qayıtmağa can atsalar da İraq və Britaniya əsgərlərinin həyata keçirdikləri təhlükəsizlik tədbirləri yaraqlıların şəhərə qayıtmalarının qarşısını alır.

XS
SM
MD
LG