Türkiyə ordusunun bildirdiyinə görə, Türkiyənin İraqla sərhəd
cənub-şərq bölgəsindəki 4 günlük reyd nəticəsində 22 kürd yaraqlısı
öldürülüb. Ordunun bəyanatında deyilir ki, tükr qüvvələri PKK-ya qarşı
hərbi əməliyyatlara ötən cümə günündən etibarən başlayıb. Türkiyənin
döyüş təyyarələri, vertolyotları və quru qüvvələrinin PKK üsyançılarının
düşərgələrini bombardman etdiyi bildirilir. Öldürülənlər arasında
PKK-nın yüksək səlahiyyətli üzvünün olduğu deyilir.