Accessibility links

İsrail kabineti Hezbullahla əsir mübadiləsi məsələsini təsdiq edib


İsrail kabineti Hezbullah şiə militant qrupu ilə əsir mübadiləsini təsdiq edib. Təsdiq qərarı İsrailin 4 livanlı döyüşçünü qatil Samir Kantarla birgə saxlanma mərkəzinə köçürdükdən sonra verilib. Bu şəxslər sabah Livana təhvil veriləcək. Əvəzində Hezbullah 2006-cı ildə əsir götürdüyü 2 İsrail əsgərini qaytarmağı vəd edib. Israil rəsmiləri bu əsgərlərin öldüyünə inanırlar.

İsrailin baş naziri Ehud Olmert dünən Hezbullanın itkin düşmüş İsrail pilotu Ron Aradın taleyi haqda militant qrupun verdiyi məlumatı “tamamilə qeyri-qənaətbəxş” adlandırıb.

XS
SM
MD
LG