Accessibility links

ABŞ Mətbuatı: Rusiya-Gürcüstan qarşıdurması


Gürcüstan Prezidenti Mixail Saakaşvili Rus təyyarələri Gürcüstanın hava hüdudlarını pozduqdan bir neçə gün sonra parlamentdən orduya əlavə 5 min əsgər cəlb etmək üçün vəsait ayırmağı xahiş edib. Rəsmi Tbilisinin son addımları Gürcüstanla şimal qonşusu arasında münasibətlərin son dərəcə gərginləşdiyi vaxta təsadüf edir. Vaşinqton Postda yazı ilə çıxış edən Alman Marşal Fondunun strateji planlaşdırma üzrə rəhbəri Ronald Asmus Gürcü-Rus münasibətlərinin müharibə həddinə gəlməsindən həyəcanını izhar edir. Cənab Asmusun yazdıqlarına görə Rus təcavüzünün son dalğası Qərb Kosovonun mütəqilliyini tanıdıqdan, və NATO Gürcüstanla Ukraynanın üzvlük planını qəbul etmədidkdən sonra start götürüb. O vaxtdan bəri Moskva tədricən Abxaziyanın ilhaq edilməsi siyasətini yürüdür və Tbilsiini Rus hərbi müdaxiləsinə yol açacaq təxribata sürükləyir.

Qərbdə isə bir çoxları kənara baxırlar, deyə müəllif bildirir. Əlbəttə, Gürcü demokratiyası kamil deyil və Tbilsii öz tərəfindən bəzi xətalara yol verib. Ümid edilir ki, Rusiyanın yeni prezidenti daha liberal və Qərbə açıq siyasətə meyl göstərəcək. Lakimn bu növ yanaşma Qafqazda müharibə ehtimalını azaltmır - əksinə, gücləndirir. Bütün çatışmazlıqlarına baxmayaraq Gürcüstanda regionnun demokratik inçkişağfı üçün ümid mayakıdır. Əgər Qızılgül İnqilabı iflasa uğrasa onda bunun acı nəticələri on illiklər boyu hiss ediləcək. Gürcüstan Amerikanın layihəsi hesab edildiyinə görə söhbət burada Amerikanın prestijindən gedir. Asmus Vaşinqtonu regionda qırmızı xətt çəkərək Moskvaya açıq xəbərdarlıq etməyə çağırır. Anti-Gürcü kamöpaniyasının arxasında dayanan Vladimir Putin bilməlidir ki, Moskvanın bu növ hərəkətləri Qərblə münasibətlərə son dərəcə mənfi təsir göstərəcək. Bu xüsusda prezide tliyə namizədlər Baraka Obama və Con Makkeynin bəyanatla çıxış etməsi və Moskvaya aydın mesaj göndərməsi yerinə düşərdi, deyə Ronald Asmus məsləhət görür.

Bu arada Taymz qəzetinə müsahibə verən prezident Mixail Saakaşvili Qərbi Rusiyanın qarşısında dayanmağa səsləyib. Rus təcavüzünə olan münasibəti 1930-cu illərdə Hitlerə göstərilən güzəştlərə bənzədən Saakaşvili bildirib ki, Rusiya hər vəchlə Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan qoparmağa çalışır. Rusiyanın qonşu ölkə üzərindən uçaraq oranı bombalaması beynəlxalq hüququ öldürməkdir, deyə prezident bildirib. Ukraynanın Yalta şəhərində çıxış edən Saakaşvili Qərbin hır iki təırəfi ehtirasa uymamaq çağırışlarını tənqid edib. Belə ki, onun sözlərinə görə təcavüzkar Rusiyadır. Gürcüstan bu günlərdə böhranla bağlı Moskvadakı səfirini geri çağırıb.

XS
SM
MD
LG