Pentaqonda təşkil edilən mətbuat konfransında nazir bunu o ölkədə artmaqda olan zorakılıqlarla izah edib. Müdafiə rəsmiləri Əfqanıstanda son zamanlar hücumların daha yaxşı planlaşdıırlmış şəkildə həyata keçirildiyini deyir. ABŞ-ın müdafiə naziri Robert Geyts əlavə qüvvələrin zorakıqların qarşısının alınmasında mühüm rol oynayacağını vurğulayıb. Amerikanın hərbi qərargahlar rəisi admiral Mayk Mullen İraqda təhlükəsizlik vəziyyətinin normalllaşdığını deyib. Keçən həftə İraqdan qayıdan admiral sentyabr ayında prezident Buşa təqdim edəcəyi tövsiyələrində İradqakı qüvvələrin sayının azaldılmasını təklif edəcəyini deyib. Admiral Mullen təhlükəsizlik sahəsindəki inkişafların gözlənildiyindən daha artıq olduğunu bildirib.