1918-ci ilin iyul ayının 18-də dünyaya gələn Mandella gənc yaşlarında aparteidə qarşı mübarizəyə qoşulur. Afrikanın Milli Konrqesinin hərbi cinahına rəhbərlik edən Mandella hökumət və orduya qarşı sabotajlar təşkil edir. 962-ci ildə həbs edilən bu mübariz iki il sonra ömürlük həbs cəzasına məhkum edilir.
1989-cu ildə hökumətin Afrikanın Milli Konqresinin silahlı mübarizəsini qınaması qarşılığında azadlığa buraxılmaq təklifini rədd edən Mandella 1990-cı ildə həbsdən çıxmağa nail olur. Həyatının 18 ilini dəmir barmaqlılar arxasında keçirən Mandella 1991-ci ildə Afrikanın Milli Konqresinin prezidenti seçilir.
1994-cü ildə Cənubi Afrika Respublikasının prezidentlik yarışlarında qalib gələn Mandella 75 yaşında ölkəyə rəhbərlik etməyə başlayır. 1999-cu ildə Nelson Mandella ictimai həyatdan istefa verdiyini elan edir. Lakin 90 yaşına baxmayaraq, o, hələ də fəaliyyətini dayandırmayıb. Nelson Mandella bu gün səylərini iztirab içərisində yaşayan uşaqların həyatlarının normallaşdırılmasına yönəldib.